Zərdabda çəltik yığımı başa çatıb

0
26

Zərdabda çəltikZərdabda çəltikçiliklə məşğul olan fermerlər məhsul yığımını başa çatdırıblar.

Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, çəltikçilik əsasən Məlikli ərazi inzibati dairəsində geniş yayılıb. Cari ilin yaz aylarında 24 hektar sahədə çəltik əkilib. Sahibkarlar Nazir Ağamiyev, Rəşadət Qurbanov, Azər Qurbanov və başqaları builki mövsümdə əkin sahələrində bol məhsul yetişdirməyə nail olublar.

Çəltik yığımı kampaniyasını müvəffəqiyyətlə başa çatdıran sahibkarlar əkin sahələrindən 85 ton məhsul götürüblər. Hər hektardan orta məhsulldarlıq 35 sentner təşkil edib ki, bu da onları razı salıb.

Qeyd edək ki, sahibkarlar istehsal etdikləri məhsulun hər kiloqramını 80 qəpiyə satıblar. Əldə olunan gəlir onları gələn il çəltik sahələrini daha da genişləndirməyə həvəsləndirib.