Zərdabda II qrup əlil işıqsız qaldığını deyir

0
26

Zərdab
Zərdab rayonu Qumlu qəsəbəsinin sakini Osmanov Bəhruz Camaləddin oqlu aylardır ki, 2 azyaşlı övladı ilə birlikdə işığa həsrət qalıb. Gecələr şam yandıran II qrup əlil günahı “Azərişıq” ASC-də görür:

“Yaşadığım evə elektrik xəttinin çəkilməsi və sayğac quraşdırılması üçün iyun ayında sənədlərimi Zərdab REŞ-ə təqdim etmişəm. 4 ay vaxt keçməsinə baxmayaraq Azərişıq ASC-yə göndərilən müraciətimə cavab gəlmir. Evimin yanından keçən elektrik xəttinə qoşula bilmirəm”.

Məsələ ilə bağlı Zərdab REŞ ilə əlaqə saxladıq. Şəbəkədən  Bolge.info-ya bildirildi ki, həqiqətən həmin şəxs müraciət edib və müvafiq sənədlər “Azərişıq” ASC-yə göndərilib. Lakin hələ ki, texniki şərt gəlməyib. Bizim ixtiyarımız yoxdur ki, sənədlər gəlməmiş, sayğac qoyulmamış vətəndaşı elektrik enerjisi ilə təmin edək.