Jalə Əliyeva Zərdabda ona etimad göstərənlərlə görüşür-FOTOLAR

0

Jalə ƏliyevaMilli Məclisə keçiriləcək seçkilərdə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyevanın Zərdab rayonunun kəndlərində seçicilərlə görüşləri davam edir. Namizədin seçki qərargahından verilən məlumata görə, namizəd bu dəfə Pərvanlı, Lələağacı, Yarməmmədbağı, Burunlu və Məlikli kəndlərindən olan seçicilərlə görüşüb. Jalə Əliyeva millət vəkili olaraq gördüyü işlər, seçicilərin problemləri və onların həll yolları ilə bağlı geniş fikir mübadiləsi aparıb. O, Prezident İlham Əliyevin ölkənin inkişafı üçün həyata keçirdiyi islahatlardan söz açıb və bildirib ki, ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində hər bir Azərbaycan vətəndaşı, o cümlədən zərdablıların və ucarlılarında həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təqdirəlayiq işlər həyat keçirilir. Daha sonra seçiciləri maraqlandıran sualları cavablandıran namizəd qeyd edib ki, beş il müddətində seçicilərin etimadını doğrultmağa çalışıb: “Deputat kimi fəaliyyət göstərdiyim müddətdə daim seçicilərin problemlərinin həllinə çalışmışam və yenidən etimad göstərsəniz, belə də davam edəcəyəm. Zərdab mənim üçün çox doğma yerdir. Mən hər bir zərdablının qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayrı bilməmişəm. Seçki platformamda seçicilərimə nə vəd vermişdimsə, mərhələ-mərhələ onların həlli üçün çalışmışam. Bütün fəaliyyətim boyu daim seçicilərimdən dəstək görmüşəm. Buna görə sizə çox təşəkkür edirəm”.

Seçicilər Jalə Əliyevaya təşəkkür edərək bildiriblər ki, artıq onlar öz layiqli namizədlərinin kim olduğuna qərar veriblər.

Jalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə Əliyeva

21 oktyabr: Bıçaqçı, Körpükənd, Yuxarı Seyidlər və Sileyli kəndlərində görüş

Oktyabr ayının 21-də deputatlığa namizəd Jalə Əliyevanın Zərdab rayonunun Bıçaqçı, Körpükənd, Yuxarı Seyidlər və Sileyli kəndlərindən olan seçicilərlə görüşüb. Jalə Əliyeva keçirdiyi görüşlər zamanı millət vəkili olaraq gördüyü işlər, seçicilərin problemləri və onların həll yolları ilə bağlı seçicilərlə müzakirələr aparıb. Daha sonra seçiciləri maraqlandıran sualları cavablandıran namizəd qeyd edib ki, beş il müddətində seçicilərin etimadını doğrultmağa çalışıb: “Mən hər bir zərdablının qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayrı bilməmişəm. Seçki platformamda seçicilərimə nə vəd vermişdimsə, mərhələ-mərhələ onların həlli üçün çalışmışam. Bütün fəaliyyətim boyu daima seçicilərimdən dəstək görmüşəm. Buna görə, Sizə çox təşəkkür edirəm”.

Görüşlərdə iştirak edən seçicilər bildiriblər ki, artıq onlar öz seçimlərini ediblər və bu dəfə də layiqli bildiyi namizədə – Jalə Əliyevaya səs verəcəklər. Görüşdən fotoları təqdim edirik.

Jalə Əliyeva Jalə Əliyeva    Jalə Əliyeva Jalə Əliyeva Jalə Əliyeva Jalə Əliyeva  Jalə Əliyeva Jalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə Əliyeva

20 oktyabr: Dəliquşçu kəndində seçicilərlə görüş

Oktyabr ayının 20-də 92 saylı Zərdab-Ucar seçki dairəsidən deputatlığa namizəd Jalə Əliyeva Dəliquşçu kəndində seçiciləri ilə görüşüb. Seçicilərlə görüşən Jalə Əliyeva onların problemlərini dinləyib və geniş fikir mübadiləsi aparıb. J. Əliyeva seçiciləri ilə son zamanların ən aktual məsələrdən biri olan cəmiyyətimizdə qadınların rolu məsələsindən də danışıb. O bildirib ki, bu gün cəmiyyətdə qadınların rolunun artırılmasında, onlara qarşı hər cür zorakılıq hallarının aradan qaldırılmasında əhəmiyyətli olan mövcud qanunların təkmilləşdirilməsi və yenilərinin qəbulunda dövlət səviyyəsində çox yüksək səviyyədə işlər görülür. Əhalinin mənzil probleminin həllində görülən işləri seçicilərinin diqqətinə çatdıran J. Əliyeva bildirib ki, bu dövlətimizin qarşısında duran əsas prioritet məsələlərdən biridir. Prezidentimiz də bu istiqamətdə çox böyük işlər həyata keçirir. Daha sonra 5 illik deputatlıq fəaliyyətindən söhbət açıb, gördüyü işlərdən bəhs edib.

Çıxış edənlər bildiriblər ki, Jalə Əliyeva bütün sosial təbəqələrdən olan insanların, xüsusilə şəhid, müharibə veteranları, qadın və uşaqların problemlərinin həlli üçün mühüm addımlar atıb.

Görüşdən fotoları təqdim edirik.

Jalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə Əliyeva

19 oktyabr: İsaqbağı, Qaravəlli, Dəkkəoba və Böyük Dəkkə kəndlərinin seçiciləri ilə görüş

Oktyabr ayının 19-da Milli Məclisə 92 saylı Zərdab-Ucar seçki dairəsidən deputatlığa namizəd Jalə Əliyeva Zərdab rayonunun İsaqbağı, Qaravəlli, Dəkkəoba və Böyük Dəkkə kəndlərinin seçiciləri ilə görüşüb.

Seçiciləri salamlayan Jalə Əliyeva bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, bölgədə və dünyada nüfuzu hər ötən gün yüksəlir. Ölkədə möhkəm sabitliyin, iqtisadi dayanıqlılığın olduğunu deyən deputatlığa namizəd Azərbaycanca xalqla iqtidar arasında böyük həmrəyliyin olduğunu vurğulayıb. J. Əliyeva diqqətə çatdırıb ki, bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü və çoxşaxəli fəaliyyəti nəticəsində mümkün olub.

Daha sonra 5 illik deputatlıq fəaliyyətindən söhbət açan J.Əliyeva deyib ki, o daim seçicilərinin problemlərini, Zərdabı narahat edən məsələləri diqqət mərkəzində saxlayıb və onların həlli üçün mümkün olan bütün addımları atıb: “Bütün fəaliyyətim boyu daima seçicilərimdən dəstək görmüşəm. Buna görə, Sizə çox təşəkkür edirəm”.

Daha sonra çıxış edən seçicilər Jalə Əliyevanın 5 illik deputatlıq fəaliyyətinin nümunəvi olduğunu və onun hər zaman seçicilərinin problem və təkliflərinə böyük diqqətlə yanaşdığını deyiblər. Seçicilər hələ 2006-cı ildə Zərdab rayonunun mərkəzində J. Əliyevanın təşəbbüsü Şəhidlər Parkının salındığını xatırladıblar.

İsaqbağı, Qaravəlli, Dəkkəoba və Böyük Dəkkə kəndlərinin seçiciləri qarşıdan gələn 1 noyabr parlament seçkilərində də Jalə Əliyevaya səs verəcəklərini və onu növbəti dəfə millət vəkili kimi görmək istədiklərini bildiriblər.

Görüşdən fotoları təqdim edirik.

Jalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə Əliyeva

17 oktyabr: Kəndəbil, Nəzəralılı, Şıxbağı və Ağabağı kəndlərindən olan seçicilərlə görüş

Oktyabrın 17-də Jalə Əliyeva Zərdab rayonunun Kəndəbil, Nəzəralılı, Şıxbağı və Ağabağı kəndlərindən olan seçicilərlə görüşüb.

Seçiciləri salamlayan Jalə Əliyeva bildirib ki, millət vəkili xalqla dövlət arasında körpü rolunu oynayır. Bildirib ki, o deputat kimi fəaliyyət göstərdiyi illərdə daima seçiciləri tərəfindən qaldırılan məsələləri diqqətdə saxlayıb, onların həlli üçün müvafiq qurumlarla sıx təmasda olub: “Qadın və uşaqların hüquqlarının qorunması, aztəminatlı ailələrin mənzil problemlərinin həlli, həkim və müəllimlərin müxtəlif güzəştlərdən yararlanması və ümumilikdə sosial məsələlərə diqqət həmişə mənim fəaliyyətimin əsas istiqamətlərini təşkil edib. Eyni zamanda rayonumuzu və seçicilərimizi narahat edən bir sıra problemlərin həllinin sürətləndirilməsi üçün daima müvafiq qurumlarla sıx təmasda olmuşam”.

Görüşdə çıxış edən seçicilər Jalə Əliyevanın 5 illik deputat fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərinin problemlərinə böyük həssaslıqla yanaşdığını dilə gətiriblər. Kəndəbil, Nəzərəlili, Şıxbağı və Ağabağı kəndlərinin sakinləri qarşıdan gələn 1 noyabr parlament seçkilərində də Jalə Əliyevaya səs verəcəklərini deyiblər.

Görüşdən fotoları təqdim edirik.               Jalə ƏliyevaJalə Əliyeva4Jalə ƏliyevaJalə Əliyeva9Jalə Əliyeva8Jalə Əliyeva1Jalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə ƏliyevaJalə Əliyeva7Jalə Əliyeva6Jalə ƏliyevaZerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × 4 =