SOCAR Zərdab ərazisində neft və qaz axtarır: ilkin nəticə var

1
50

ZərdabAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geofizika və geologiya idarəsinin “Kəşfiyyatgeofizika” istehsalat bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyi neftli-qazlı rayonunun “Zərdab-Şıxbağı-Qışlaq” sahəsində çöl işlərini başa çatdırıb.

SOCAR-ın mətbuat xidmətindən Zerdab.com saytına verilən məlumata görə, sahənin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədilə 178 kvadrat kilometrlik 3D seysmik kəşfiyyat, 345 kilometrlik qravimetrik, 345 kilometrlik isə maqnitometrik işlər yerinə yetirilib. Çöl işləri zamanı əldə edilmiş materiallar hazırda emal və interpretasiya mərhələsindədir. Yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Zerdab.com

1 comment

Comments are closed.