Gömrük komitəsinin sədri Zərdab sakinləri ilə görüşəcək

0
30

Dövlət Gömrük KomitəsiMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 30-da saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində (Bakı prospekti,18) bu bölgədə yaşayan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsindən Zerdab.com-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən rayonların – Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 29-u saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-36-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.