TQDK rayon təhsil şöbələrinə müraciət etdi

1
38

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şəhər (rayon) təhsil şöbələrinin, peşə liseylərinin rəhbərlərinə müraciət edib. www.zerdab.com-un TQDK-nın mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında qeyri-kafi qiymət(lər) alan, o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilmiş şəxslər haqqında məlumatlar mayın 24-dək komissiyanın office@/tqdk.gov.az email ünvanına göndərilməlidir.
Məlumatlarda şagirdin TİMS-kodu, şagird kodu, adı, soyadı, atasının adı, buraxılış sinfi, bölməsi (Azərbaycan və ya rus), qeyri-kafi qiymət aldığı fənn (təkrar imtahana girənlər üçün) və məzun olduğu il göstərilməlidir. Mayın 27-dən sonra TQDK-nın internet saytına yerləşdiriləcək xüsusi proqram vasitəsilə bu şəxslərin hər bir fənn üzrə buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətləri təhsil şöbələri (peşə liseyləri) tərəfindən daxil ediləcək.

1 comment

  1. salam.bilmək istəyirəm tims əlaqələndiricilərin maaşları olaqmı????????????????buqədər əziyyət çəkirik əmək haqqımızı vermirsiniz.belə olmaz axı…………………..kimə ŞİKAYET edek.kimə müraciət edək?????????????????????????

Comments are closed.