Azərbaycanın fəxri, idmançı həmyerlimiz: Allahyar Abışov

0
41

Allahyar Abışov    Allahyar Abışov Zərdab rayonunda anadan olub. Uzun illərdir ağır atletiko ilə məşğuldur. Hazırda Bakı şəhərində yaşayır və yığma komandada məşq edir. Allahyar artıq peşəkar idmançıdır. Çünki artıq ölkəmizdən kənarda da uğurlar qazanıb. Belə ki, indiyədək 56 kiloqram çəki dərəcəsində 2 dəfə Avropada 3-cü yerin qalibi olub. Bu yaxınlarda isə Latviyada keçirilən daha bir beynəlxalq yarışda 3-cü yerin qalibi olub. A. Abışov Zerdab.com saytına müsahibəsində hədəfinin Avropa birincisi olmaq olduğunu söylədi: “Azərbaycanımızın 3 rəngli bayrağını dalğalandırmaqdan hər zaman qürur duymuşam. Mən Zərdab rayonunda anadan olmuşam, bu torpağın suyundan içmişəm və hər zaman buna görə fəxr eləyirəm. İstəyirəm həmyerlilərim də məni tanısınlar. Söz verirəm ki, doğma rayonumuzu, doğma Azərbaycanımızı bundan sonra da ən yaxşı şəkildə təmsil edəcəyəm”.

Biz də dəyərli həmyerlimizə yeni-yeni qalibiyyətlər arzulayır, uğurlarının davamlı olmasını diləyirik.

Zerdab.comAllahyar AbışovAllahyar AbışovAllahyar AbışovAllahyar Abışov