Zərdabda həmkəndlisini öldürən şəxsin apellyasiya məhkəməsi başlayıb

0

Zərdabda həmkəndlisini boğazını kəsərək qətlə yetirən şəxsin apellyasiya məhkəməsi başlayıb.

Zərdabrayonun Dəliquşçu kənd sakini Vüsal Ələsgər oğlu Mehdiyevin apellyasiya şikayətinə  Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə baxılır. Məhkəmə prosesi noyabrın 26-dək təxirə salınıb.
Qeyd edək ki, ötən il dekabrın 30-da Zərdab rayonun Dəliquşçu kənd sakini Vüsal Mehdiyev həmkəndlisi Rəşad İnşallah oğlu Zeynalovu bıçaqlayaraq qətlə yetirib. Bundan sonra o, mərhumun meyitinin üstünə benzin tökərək yandırıb. R. Zeynalovun meyiti rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.
V. Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il  müddətinə azadlıqdan məhrum edilib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 × 2 =