DSMF sədri Zərdab sakinlərini qəbul edəcək

0

ZərdabDövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri  Elman Mehdiyev noyabrın 19-u saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Zerdab.com-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında                           (012) 434-12-34

Ağcabədi rayon şöbəsində                (02122) 5-50-54

Beyləqan rayon şöbəsində                (02122) 5-29-63

Bərdə rayon şöbəsində                      (02020) 5-71-11

Zərdab rayon şöbəsində                    (02029) 6-45-59

Laçın  rayon şöbəsində                     (02127) 7-84-28

Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

10 + fifteen =