Zərdab Rayon Polis Şöbəsi üçün yeni müasir inzibati bina tikilir

2
25

Zərdab rayonunda daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, maddi texniki bazasının gücləndirilməsi məqsədi ilə Zərdab Rayon Polis Şöbəsi üçün yeni inzibati binanın tikintisinə başlanılıb.
www.zerdab.com saytının xəbərinə görə, ən müasir standartlara uyğun tikiləcək binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz ediləcək.
Bina 4 mərtəbəli olacaq. Yeni tikilidə xidməti otaqlarla yanaşı, akt zalı da olacaq. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya xətləri quraşdırılacaq.

www.zerdab.com

2 ŞƏRH

Comments are closed.