Zərdabda Ciu-citsu idman növü üzrə rayon birinciliyi keçirildi

0
35

Zerdab317 noyabr Milli Dirçəliş Günü münasibətilə Zərdabda gənclərlə görüş, eyni zamanda uşaq, yeniyetmə və gənclər arasında Ciu-citsu idman növü üzrə rayon birinciliyi keçirilib.

Gənclərlə keçirilən görüşü giriş sözü ilə açan Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində göstərdiyi tarixi xidmətlərdən bəhs edib. Çıxış edənlərdən Dəkkəoba kənd tam orta məktəbinin tarix müəllimi Maisə İsmayılova və Gəlmə kənd tam orta məktəbinin tarix müəllimi Rasif Qaçayzadə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətlərindən danışıblar.
Ciu-citsu idman növü üzrə birincilikdə isə müxtəlif çəki dərəcələri üzrə Rəhimli Əlimövsüm, Cəfərov Fərid, Rəşidli Zülqədər, Cəfərov Emil, Əliyev Vaqif, Məmmədov Tural, Novruzzadə Üzeyir, Zülfüqarlı İmaməli qalib olub.
Qaliblərə Zərdab rayon Gənclər və İdman idarəsinin diplom və hədiyyələri təqdim olunub.

Zerdab.comZerdab4Zerdab1ZerdabZerdab2