“Bəhanə lövhəsi”

0
26
behaneAdmiral Corc Rikover (onu başqa cür “atom donanmasının atası” da adlandırırlar) həmişə ofisinin qapısından bu lövhəni asırdı: “Aşağıda gördüyünüz lövhə bəhanə lövhəsidir. Əgər nə mənim, nə də özünüzün vaxtını almaq istəmirsinizsə, bəhanələrinizi mənə nömrəsi ilə bildirin:
1. Mən bu barədə sizə xəbər verdiyimi düşünürdüm.

2. Biz həmişə bu işi belə görmüşük.

3. Heç kim mənə bu işlə bağlı dəqiq bir şey demədi.

4. Bunun bu qədər vacib bir iş olduğunu bilmirdim.

5. İndi o qədər məşğulam ki, bu işi görmək üçün vaxtım yoxdur.

6. Üzr istəyirəm, bir daha olmaz.

7. Bu işi həmişə o görürdü, mən yox.

8. Sizin bu işi bu qədər tez tələb edəcəyinizi bilmirdim.

9. Bu iş təsdiq edilməmiş onu necə görə bilərdim?

10. Bu işi elə o gün görmək istəyirdim, ancaq əlimdə başqa iş olduğu üçün unutdum…

P. S. Elə isə siz siz olun, bu cür bəhanələrdən uzaq olun.