Ekologiya və təbii sərvətlər naziri Zərdab sakinlərini dinləyib

0
24

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 24-də Tərtər şəhərindəki Gənclər mərkəzində vətəndaşlar üçün qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarının sakinləri iştirak ediblər. Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-dək vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi elə yerindəcə öz həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.