Ağabağı kəndi

0

Ağabağı kəndinin adının mənası “Ağaya məxsus kənd” deməkdir. Şıxbağlı inzibati ərazisinə aiddir. Rayon mərkəzindən 19 kilometr cənub-şərqdə yerləşir. Kür çayı sahilində yerləşir. Ərazisi 799,0 hektar, əhalisinin sayı 480 nəfərdir. Yerli sakinlərinə dediyinə görə, bu kənd Ağa adlı şəxsin bağ sahəsi olmuş, sonradan əhali burada məskunlaşmışdır. Əhalisi heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, bostançılıq və balıqçılıqla məşğul olur. Kənddə məktəb, kitabxana və s. var.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

13 − seven =