Zərdabın Xanməmmədli kəndində sevgi etiraflı qovaq ağacları

0
59

Xanməmmədli kəndi Zərdab şəhərindən 7 kilometr şimal-qərbdə, Zərdab-Ağcabədi şose yolunun yaxınlığında, Qarasu (Türyançay) çayının sahilində yerləşir. Kəndin ərazisində qədim və orta əsrlər dövrlərinə aid olan tarixi memarlıq-mədəniyyət abidələri aşkar edilmişdir. Xanməmmədlinin adına gəlincə, yaşlı sakinlərin dədiyinə görə Xanməmməd dövrünün hörmətli şəxslərindən olan Lələ Əhməd adlı məşhur bir kişinin övladlarından biridir. Bu ərazi atası tərəfindən Xanməmmədə verilmiş və onun adı ilə adlandırılmışdır.

Sizə təqdim etdiyimiz bu fotolar isə əslən bu kənddən olan Zərdab şəhər sakini Elyar Bağırov tərəfindən Xanməmmədli kəndindəki “Qoşa qovaq” adlanan yerdə çəkilib. Elyar Bağırov yazır: “Xanməmmədli kəndinin simvolu olan Qoşa qovaq adlı yer. Burada sovet dövründə pambıq yığımına kömək üçün Bakıdan gələn tələbələr, öz sevgi etirafını ağaca həkk ediblər. Onlarla ad var bu ağacların üzərində. Çox qəribədir ki, yaxınlıqda bir dənə də olsun ağac yoxdur. Deyilənə görə əsrin ortalarında su arxı keçirmiş buradan. Tirəyə dayaq üçün basdırılan çubuqlar bitib, belə böyük ağac olublar. Ağacların diametri o qədər böyükdür ki, bir-neçə nəfər əl-ələ tutanda güclə əlləri bir-birinə çatır”.

Zerdab.com