Şəftəhal kəndi

0
131

Şəftəhal kəndi Zərdab rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Kür çayının sahilində Zərdab-Mollakənd yolunun kənarında yerləşir. Kənddə əhali mal-qara saxlayır, quş bəsləyir, taxıl, pambıq, tərəvəz, bostan məhsulları, yem bitkiləri yetişdirir, bağçılıqla məşğul olur. Bir vaxtlar bu kənddə barama istehsal geniş yayılıb. Şəftəhal kəndində İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt şöbəsi, elektron ATS və s. var. Kəndin adının tarixi ilə bağlı müxtəlif fikirlər var. Bakıda mühüm əhəmiyyətli dövlət obyektlərinin birində baş verən dəhşətli yanğını söndürərkən qəhrəmanlıqla həlak olmuş, Brejnevin fərmanı ilə “Qırmızı ulduz” ordeni ilə təltif edilmiş 24 yaşlı Ramiz Kərimov bu kəndin yetirməsidir.

Əhalisi 902 nəfər
Ərazisi 1207 hektar