Zərdabda 5 mindən çox ağac və gül kolu əkilib

0
28

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Zərdab rayonunda yeni yaşıllıqların salınması, ekoloji mühitin bərpası və mövcud yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi istiqamətində mühüm addımlar atılır.

Marafon çərçivəsində indiyədək şəhərin, eləcə də qəsəbə və kəndlərin küçə və parklarında, idarə, müəssisə və təşkilatların ərazilərində, magistral yolların kənarlarında 5 mindən çox müxtəlif növ ağac və gül kolu əkilib.

Bazar günü keçirilən növbəti ağacəkmə kampaniyasında ayrı-ayrı idarə və müəssisələrdən 1500 nəfərdən çox sakin iştirak edib. Onlar əsasən şəhərin mərkəzi küçə və meydanlarında, Zərdab-Ucar magistral yolunun kənarında 2 min ədəd şam, akasiya, türk qovağı və digər ağaclar əkiblər. Eyni zamanda mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bu işlər qarşıdakı həftələrdə də davam etdiriləcək.