Zərdabda meşə sahələri genişləndirilir

0
Yaşıllıqlara qulluq göstərilir

Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Zərdab Regional Meşəsalma Müəssisəsi ərazidəki meşə sahələrinin genişləndirilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirir. Ötən il 100 hektar sahədə 212 min 500 ədəd yeni ağac əkilib. Rayonda yeni meşəliklərin salınması istiqamətində işlər davam etdirilir.
Müəssisə tərəfindən mövcud meşələrə xidmət göstərilməsi, onun mühafizəsi sahəsində də lazımi işlər görülür. Bu ilin ötən dövründə 90 hektar sahədə yeni meşəliklərin yaradılması üçün şumlama və malalama aparılıb, ağac əkini üçün şırımlar çəkilib. 2,9 hektar sahədə tingilik salınıb, 1 hektarda böyütmə sahəsi yaradılıb.
Meşəsalma müəssisəsi ötən il daxili imkanlar hesabına 500 kiloqram müxtəlif növ toxum tədarük edərək səpin aparıb. Yeni məşəliklərin mal-qaradan mühafizəsi məqsədilə 4 kilometr uzunluğunda mühavizə kanalları çəkilib.

Yaşıllıqlara qulluq göstərilir

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twenty − 9 =