Goranboyda yaralanan 16 tələbənin biri Zərdablıdır

0

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrini daşıyan “Hyundai” markalı avtobusda qəzaya düşənlərin adları məlum olub.
“Report“un məlumatına görə, Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən gənclərin adları məlum olub:
Musayev Nəbi 1996 Bakı
Mirzəyeva Aidə 1996 Ağsu
Qurbanov Saleh 1996 Şəki
Həmidli Həmid 1992 Zərdab
İsmayılzadə Vüqar 1994 Tovuz
Bəhrəmiyyə Nərgiz 1996 Bərdə
Babakişiyev Toğrul 1995 Gəncə
Məmmədova Fərqanə 1990 Ağstafa
Paşayeva Könül 1994 Gəncə
Abbasova Könül 1993 Mingəçevir
Allaverdiyev Davud 1993 Goranboy
Abbasov Saleh 1967 Gəncə
Əhmədova Mahirə 1995 Gəncə
Qocayeva Zeynəb 1996 Qax
Seyidov Seyidəziz 1996 Şəki
Ağazadə Tofiq 1995 Yardımlı

Qeyd edək ki, Bakı-Gəncə marşrutu ilə hərəkət edən “Hyundai” “Mercedes” markalı avtobus toqquşub. Qəza zamanı “Hyundai”da olan 16 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkmişlərə tibbi yardım göstərilib və onların böyük əksəriyyəti ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Aqrar Universiteti bir müddət əvvəl axşam saatlarında dərsdən çıxan tələbələrin mənzil başına çatdırılması üçün bir neçə avtobus ayırıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twelve − ten =