Əsərləri günəş tək hərarətli, yaz yağışı qədər həzin – Nurəngiz Gün

0
2010-cu ildə Nurəngiz xanımla ev şəraitində çəkilmiş şəkil.

Poeziya bir aləmdir. Əsl şair isə onun nurlu günəşi. Şair qəlbi o qədər incə ruhlu olur ki, sevimli şairəmiz Nurəngiz Gün kimi. Onun qəlbi və həyata baxışı, nurlu əsərləri günəş tək hərarətli, yaz yağışı qədər həzindir. Nurəngiz Gün poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun əsərlərindən ayırmaq olmaz. Nurəngiz xanımın ifadə tərzi gözəl və təbiidir, fikirləri bəlkə də kimlər üçünsə qəlizdir. O, bizim dəfələrlə gördüyümüz, bəlkə də reaksiya belə vermədiyimiz ağacda, daşda, güldə, çiçəkdə, quşlarda yeni keyfiyyətlər tapmaq, onu yeni şəkildə mənalandırmaq qüdrətinə malik sənətkardır. Adi söyüd ağacına elə bənzətmə verir ki, özün də məətəl qalırsan ki, necə düzgün bənzətmədir. Bəs mən niyə indiyə qədər bunu görməmişəm?

Mən deyərdim ki, Nurəngiz xanımın ən böyük dahi əsəri “Xocalı simfoniyası”dır. O, vətənin qeyrətini çəkən, onun dar günündə narahat olan və bunu öz əsərlərində tərənnüm edən bir şairədir.

Nurəngiz xanıma xas olan gözəl, nəcib sifətlərdən biri sadəlik və təvazökarlıqdır. Sadə insanları hamı sevir, onların müvəffəqiyyətləri artdıqca onlar özlərini daha sadə aparır, qazandıqlarını hələ də az bilir, daha çox nailiyyət əldə etməyə çalışırlar. İnsan nə qədər sadə olsa, o qədər təvazökar olur, bir o qədər yüksəlir, bir o qədər hörmət sahibi olur. Atalar yaxşı deyib ki, “Ağac bar verdikcə başını aşağı dikər”. Nurəngiz xanımın hələ nə qədər arxivdə qalan oxunmamış əsərləri var. Yəqin ki, bir gün onlar üzə çıxar, işıq üzü görər.

Onun “Yol gedirəm” şerindən bir hissəni yada salmaq istərdim:

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid və qürur,

İçimdə ağlamaq ehtiyacı…

Yol gedirəm, yorulanadək.

İndi özünüz demişkən Nurəngiz xanım, uzaq yol gedirsiniz, arxaya qayıtmadan. Arxada çox gözəl izlər qoyaraq. Dövlət siyasətini düzgün yürüdən qızınız, savadlı həkim nəvəniz, sizdən sonra dünyaya gələn nəticəniz Kamran bala.

Mən də bir günlük yoldaşlığımızın xatirinə, sizin yoxluğunuzun bir illiyinə həsr olunmuş bu xatirə yazısını yazmağı özümə borc bildim.

Zemfirə Eyvazova, Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + 10 =