Zərdabda narkomaniya əleyhinə tədbir keçirildi – FOTOLAR

0

Zərdab Zərdab şəhər 1 saylı məktəb-liseydə Zərdab Rayon Gənclər və İdman İdarəsinin, Zərdab Rayon Təhsil Şöbəsinin, Zərdab Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Zərdab Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə şagirdlər arasında “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda görüş keçirildi. Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Mübariz İsmayılov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Ləman Səfərəliyeva və şəhər 1 saylı-məktəb liseyin direktor müavini Pirəli Əliyev çıxış edərək, narkomaniyanın törətdiyi fəsadlardan, ölkəmizdə narkomaniya və narkobiznesə qarşı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışdılar. Görüşdə Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən çap olunmuş “Sağlam həyat tərzini seç” adlı maarifləndirici buketlər paylanıldı, mövzuya uyğun olaraq video-çarx nümayış etdirildi.

Zerdab.comZərdabZərdabZərdabZərdabZərdabZərdabZərdabZərdab

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen − eight =