Zərdabda narkomaniyanın zərərindən danışdılar – FOTO

0
32

ZərdabZərdab şəhər 2 saylı tam orta məktəbdə Zərdab Rayon Gənclər və İdman İdarəsinin, Zərdab Rayon Təhsil Şöbəsinin, Zərdab Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Zərdab Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə şagirdlər arasında “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda “dəyrimi masa” keçirildi. Tədbirdə Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Ləman Səfərəliyeva və şəhər 2 saylı tam orta məktəbin şagirdləri çıxış edərək, bu kimi zərərli vərdişlərin törətdiyi mənfi fəsadlardan, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı keçirilən tədbirlərdən danışdılar. Tədbirdə Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən çap olunmuş “Sağlam həyat tərzini seç” adlı maarifləndirici buketlər paylanıldı, mövzuya uyğun olaraq videoçarx nümayış etdirildi.

Zərdab Rayon Gənclər və İdman İdarəsiZərdabZərdabZerdabZərdabZərdab