Zərdabda Milli İntellektual Oyun keçirildi – FOTOLAR

0
41

Zərdab-intellekt       Zərdab Rayon Gənclər Mərkəzində Milli İntellektual Oyun keçirildi. Zerdab.com saytına verilən məlumata görə, Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən məktəblilər arasında təşkil olunan Milli İntellektual Oyunda şəhər 1 saylı məktəb-liseyin “Bermut” və “Aysberq”, şəhər 3 saylı tam orta məktəbin “Həzi Aslanov”, Gəlmə kənd tam orta məktəbinin isə “Araz” komandası iştirak etdi. Oyunun final mərhələsində qarşılaşan “Bermut” və “Həzi Aslanov” komandalarından şəhər 1 saylı məktəb-liseyin komandası I yeri, şəhər 3 saylı tam orta məktəbin komandası isə II yeri tutdu. Qaliblərə Zərdab Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olundu. Qeyd edək ki, Milli İntellektual Oyunun davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Zerdab.comZərdab-intellektZərdab-intellektZərdab-intellektZərdab-intellektZərdab-intellektZərdab-intellektZərdab-intellekt