Sarıqaya kəndi

1

Sarıqaya kəndi Zərdab şəhərindən 17 kilometr cənub-qərbdə, Kürün sahilində yerləşir. Kənddə əsas məşğuliyyət heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostançılıq, balıqçılıq olub. Kənddə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və s. var. Kənddə Seyid Mahmud adlanan ziyarətgah da mövcuddur. Hazırda kənd əhalisinin əksər hissəsi qazanc dalınca Bakıya və Rusiyaya yollanıb və orada yaşayır. Sarıqaya adının kəndin yerləşdiyi ərazidə (Kür sahilində) sarı rəngli qayaların mövcud olduğu bildirilir.

Ərazisi 795,75 hektar.
Əhalisi 681 nəfər.

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eight − seven =