Zərdab şəhər 4 nömrəli orta məktəbdə bayram tədbiri keçirilib

0
Təhminə Cəfərova
Təhminə Cəfərova

Zerdab31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Zərdab şəhər 4 nömrəli ümumi orta məktəbdə tədbir keçirilib. Məktəbin direktoru Təhminə Cəfərova çıxış edərək, pedoqoji kollektivi və şagirdləri təbrik edib.

Direktor bildirib ki, 1991-ci il dekabrın 16-da, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sonradan müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuş ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dövlət səviyyəsində bayram edilməyə başlanılıb.

Təhminə Cəfərova deyib ki, təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz bu günü böyük fəxr və qürur hissi ilə qeyd etməkdədirlər.

Ölkə səviyyəli idman yarışında II yeri tutan məktəbin şagirdi Məmmədov Rüfət Zaur oğlu direktor tərəfindən diplomla mükafatlandırılıb.

Tədbir bayram şənliyi ilə davam etdirilib. Şagirdlərin ifa etdiyi musiqilər, mahnı və rəqslər bayram əhval-ruhiyyəsinə daha da xoş ovqat qatıb.

Sevinc Vaqifqızı

Zerdab

Zerdab

Zerdab

Zerdab

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven + four =