Zərdabda şahmat üzrə komanda birinciliyi keçirildi

0
34

ZerdabZərdab Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Zərdab rayonunda 8, 10, 12, 14, 16 yaşlı oğlan və qızlar arasında şahmat idman növü üzrə komanda birinciliyi keçirilib. Zerdab.com saytına verilən məlumata görə, 8 komandanın mübarizə apardığı yarışda Zərdab şəhər 2 saylı tam orta məktəbin komandası I yeri, şəhər 3 saylı tam orta məktəbin komandası II yeri, Əlvənd kənd tam orta məktəbinin komandası isə III yeri tutub. Qaliblərə Zərdab Rayon Gənclər və İdman İdarəsinin hədiyyələri təqdim olunub.

Zerdab.com    ZerdabZerdabZerdabZerdab