Millət vəkilimiz Jalə Əliyeva Zərdabda seçicilərin qəbulunu keçirdi – FOTOLAR

0
25

Jalə Əliyeva-qəbul92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva bu günlərdə haqq dünyasına qovuşan böyük vətən müharibəsinin 3 şöhrət ordenli qəhrəmanı, rayonumuzun Məmmədqasımlı kənd sakini Muradalı Heydərovun yas mərasimində iştirak edib, ailə üzvlərinə başsağlığı verib. Zerdab.com saytı xəbər verir ki, millət vəkili Muradalı Heydərovun ailəsinin vəziyyəti ilə maraqlanıb, onları narahat edən bir sosial məsələnin həll olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli şəxsləri ilə danışıqlar aparıb və məsələ yerindəcə həll edilib…

Növbəti gün millət vəkili Zərdab şəhərindəki qərargahında seçicilərin qəbulunu keçirib. Məlumat üçün bildirək ki, bu, Jalə Əliyevanın sonuncu parlament seçkilərindən sonrakı ilk qəbulu idi.

Qəbulda 30-dan çox seçici iştirak edib.

Deputat Zərdab şəhərindən, Burunlu, Otmanoba, Körpükənd, Əlvənd, Nəzəralılı, Əlibəyli, Şahhüseynli, Məmmədqasımlı, Çallı kəndlərindən, Qumlu yaşayış massivindən və 21 saylı qəsəbədən olan seçiciləri qəbul edib, onların problemlərinin həllinə köməklik göstərib.

Bir neçə seçici deputata əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlər həll olunduğu üçün minnətdarlıq bildirib və sonuncu parlament seçkisində yenidən millət vəkili seçildiyi üçün təbriklərini çatdırıblar.

21 saylı qəsəbədən seçici Fatma Qarayeva ailəsinin 2 probleminin qısa müddətdə həllinə yaxından köməklik göstərdiyi üçün millət vəkili Jalə Əliyevaya minnətdarlığını bildirib.

Zərdab şəhər sakini, 2 uşaq atası İsmayıl Rzayev hemofiliya xəstəliyindən əziyyət çəkən övladlarının müalicəsinə köməklik göstərdiyi üçün deputata təşəkkür edib, başqa bir probleminin həllinə köməklik göstərilməsini də xahiş edib.

Qəbula gələnlərdən – ağır xərçəng xəstəsinin paytaxtdakı müvafiq xəstəxanada müalicəsi üçün müvafiq qurumlarla danışıqlar aparıb və məsələ həll olunub.

Seçicilər tərəfindən millət vəkilinə ünvanlı sosial yardımla bağlı da çoxsaylı müraciətlər edilib. Müraciətlərdən bir neçəsi yerindəcə həllini tapıb.

Həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı bir neçə seçicinin deputat Jalə Əliyevaya müraciəti ilə əlaqədar müvafiq qurumlarla danışıqlar aparılıb və həllinə söz verilib.

Bir müddət öncə ailə başçısını itirmiş 5 uşaqlı ana isə qəbul zamanı ödənişli əsaslarla ali təhsil alan 2 övladının təhsil xərcini ödəyə bilmədiyini və bu məsələdə güzəşt edilməsinə yardımçı olmasını millət vəkilindən xahiş edib. Ailəyə köməklik göstərilib.

Sözügedən ailənin I qrup əlil olan bir uşağının reabilitasiyası üçün də müvafiq addım atılıb.

Qəbul zamanı millət vəkilinə işlə təminatla bağlı da müraciətlər edilib.

Qəbula gələn bir neçə ailəyə, o cümlədən bir şəhid ailəsinə millət vəkili Jalə Əliyeva tərəfindən maddi yardım göstərilib.

Seçicilərin digər müraciətləri də dinlənilib və qanunvericilik əsasında ərizələri qəbul edilib və həlli üçün əlaqədar qurumlara müraciət olunacaq.

Zərdab rayonundan olan 2 nəfər ziyalı isə kitablarının çapına köməklik göstərilməsini xahiş ediblər. Millət vəkili bu məsələdə dəstəyini əsirgəməyəcəyini bildirib. Ziyalılar Həsən bəy Zərdabi ənənələrinin yaşadılması və davam etdirilməsi işində onlara köməkliyinə görə millət vəkili Jalə Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda görüşdə iştirak edən seçicilər Jalə Əliyevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər və hər zaman seçicilərlə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyiblər.

Zerdab.com Jalə Əliyeva-qəbulJalə Əliyeva-qəbulJalə Əliyeva-qəbulDeputat qəbulDeputat qəbulDeputat qəbul