Həsən bəy Zərdabinin maarifçilik fəlsəfəsindən bəhs edən yeni kitab nəşr olunub

0
41

“Təknur” nəşriyyatı tərəfindən AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, f.ü.elmlər doktoru, preofessor İlham Məmmədzadənin və fəlsəfə üzrə fəlsəfə doktoru Zemfira Göyüşovanın birgə müəllifliyi ilə “Modern, Həsən bəy Zərdabinin maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi” adlı yeni kitabları çap edilib. Bu barədə Zerdab.com saytına AMEA Fəlsəfə və Hüquq İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul şəxs Rəşad Sahil  məlumat verib.

Üç fəsildən ibarət olan kitabın birinci fəslində maarifçilik fəlsəfəsi və mənəvi mirasın interpretasiyası, maarifçilik fəlsəfəsi və metodologiyalar (universal və xüsusi) haqqında;

İkinci və üçüncü fəsillərdə isə maarifçilik anlayışında E.Kantın fəlsəfəsinin dəyəri, fəlsəfə və tarix məsələlərindən bəhs olunur.

Həmçinin, kitabda müəlliflər maarifçilik fəlsəfəsində dərk edilməyən və maarifçilərin irsinə səthi yanaşıldığı haqqında fikrilərini bölüşüblər.

Rus dilində çap olunan kitabın Elmi redaktoru M.M Məmmədov, rəsyçiləri isə D. M Müslümzadə və A. A. Əli-zadədir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Zerdab.com