Həsən bəy Zərdabinin qızının məzarı tapıldı (VİDEO)

0

Uzun sürən axtarışlardan sonra Azərbaycan mətbuatının banisi, görkəmli ziyalı Həsən bəy Zərdabinin qızının məzarı tapılıb.

Zerdab.com ANS TV-ə istinadən məlumat verir ki, bu işi araşdırıb ərsəyə gətirən isə Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Xatirə Quliyeva olub. Həsən bəy Zərdabi ilə uzaqdan qohumluq əlaqələrinin olması da bu işdə ona köməklik edib.

O, 40 ildən sonra Həsən bəy Zərdabinin qızının məzarını tapa bilib. Xatirə xanım deyir ki, Həsən bəy Zərdabinin irsini araşdırsalar da onun qızının məzarının harada olmasını tapa bilməyiblər. Uzun sürən araşdırmalardan sonra buna Xatirə xanım nail olub. Ona Qəribsoltan xanımın məzarının Bakının köhnə qəbiristanlıqlarından birində olması barədə məlumat veriblər. Tədqiqatçı isə onun məzarını tapanda gözlərinə inanmayıb. Bir qəbirdə iki nəfər dəfn edilib.

Xatirə Quliyevanın sözlərinə görə, axtarış üçün ilk öncə qohumlarına müraciət edib və 100-dən artıq qəbri gəzib.

İndi Xatirə xanımın istəyi məzarın açılaraq Qəribsoltan xanımın tək dəfn olunması üçün ona başqa bir yerin verilməsidir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten − 7 =