Şamo Ziya: “Meyxana xiridarlarından sonadək dəstək gözləyirəm”

0
29
Şamo Ziya
Şamo Ziya

Sumqayıt şəhərinin Dünya TV kanalında “Söz kəsəri” adlı meyxana yarışması davam edir. Layihədə Şirvan bölgəsini – yəni həm də Zərdabı meyxanaçı Şamo Ziya təmsil edir. Zerdab.com saytının “facebook” səhifəsində bir neçə dəfə həmyerlilərimizə müraciət edib rayonumuzu da təmsil edən meyxanaçıya dəstək olmalarını xahiş etmişik. Sevindirici haldır ki, artıq meyxanaçı Şamo Ziya artıq bir neçə mərhələni geridə qoyaraq, finala yaxınlaşıb. Meyxanaçı Zerdab.com saytına müsahibəsində bu günədək meyxana yarışmasında ona dəstək olub səs göndərənlərin hər birinə dərin təşəkkürünü bildirdi: “Bu günədək mənə Zərdab rayonunda xeyli dəstək göstərənlər olub. Məni tanıyanlara, mənə dəstək olanlara, SMS göndərib səs verənlərə minnətdarlıq edirəm. Arzum budur ki, bu meyxana yarışmasında öz layiqli yerimi tutum. Bunun üçün meyxana həvəskarlarının bundan sonra da mənə dəstək olmaları lazımdır. Bütün meyxana həvəskarlarından, xiridarlarından mənə yenə də dəstək olmalarını istəyirəm”.

Şamo Ziya dedi ki, meyxana yarışması başlayanda 12 iştirakçı mübarizə aparıb. İndi isə onlardan cəmi 4 nəfər qalıb: “Həmin 4 nəfərdən biri də mənəm. Növbəti duelim yanvarın 27-də olacaq. Yarışmada qalıb sənət mübarizəmi davam etdirmək istəyirəm. Bunun üçün həmyerlilərimizdən dəstək gözləyirəm”.

Şamo ZiyaQeyd edək ki, meyxanaçı Şamo Ziyaya bütün mobil operatorlardan səs göndərmək olar. 1 səs üçün 6927 nömrəsinə 11 yazıb göndərmək lazımdır. 15 səs üçün 11 yazıb 6928 nömrəsinə, 30 səs üçün isə 6929 nömrəsinə 11 yazıb SMS göndərmək kifayətdir.

Şamo Ziya bu meyxana yarışmasında Ucar, Zərdab, Kürdəmir, Ağdaş, Göyçay rayonlarını təmsil etdiyini və burada yaşayan bütün meyxana, sənət xiridarlarından dəstək gözlədiyini gözlədi.

İnanaq ki, meyxanaçı, şair Şamo Ziya bu dueldə də qalib olacaq, öz layiqli yerini tutacaq. Bunun üçün bütün həmyerlilərimizdən ona dəstək gözləyirik.

Zerdab.com