Zərdabda keçmiş müstəntiqə rüşvət verdiyini iddia edən şəxslərin kimliyi bəlli olub

0

Ötən həftə həbs edilən Zərdabın sabiq müstəntiqi Rüfət Səfərov barəsində açılan cinayət işi üzrə istintaq davam edir. Yaxınlarının məlumatına görə, onu rüşvət almaqda suçlayan şəxslərin kimliyi bəlli olub.

Həmin şəxslər Zərdab rayonundakı İşıq İdarəsinin rəis müavini Ələmdar Abbasov və Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilovdur. Onların iddia etdiyinə görə, 2 il əvvəl Rüfət Səfərov onların birindən 1000, digərindən 700 manat rüşvət alıb.

Keçmiş müstəntiq Meydan TV-yə verdiyi müsahibəsində məhz rüşvət almaq istəmədiyi, imkansız insanlara zülm ediliydiyi üçün istefa verdiyini açıqlamışdı.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × 3 =