Zərdab Rayon Heydər Əliyev Mərkəzində anım tədbiri keçirildi

0
37

ZərdabZərdab Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar faciəsi”nin 26-ci il dönümünə həsr olunumuş “20 Yanvar – öz azadlığı uğrunda canından keçməyə hazır olan xalqın sınaq gecəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Təşkil olunmuş dəyirmi masada tədbit iştirakçıları 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “20 yanvar qəhrəmanlıq tariximizin səhifəsi” başlıqlı sərgiylə tanış olublar. Tədbir iştirakçıları xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad etdikdən sonra, açıq elan edilən mərasimdə 20 Yanvar faciəsinə həsr olunmuş video çarx nümayiş etdirilib. Sonra Mərkəzin direktoru Könül Rəhimova “20 Yanvar hadisələrinə ilk dəfə siyasi-huquqi qiyməti Heydər Əliyev verdi” mövzusunda çıxış edib.

Mərkəzin əməkdaşı Xəyalə Soltanova vurğulayıb ki, bu gün 20 Yanvar hadisələrinin milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq.. və xatırlamalıyıq. Rayon 4 saylı ümumi orta məktəbin müəllimələri çıxışlarında Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsi olduqunu qeyd etdilər. Gənclərimizdə, şagirdlərimizdə vətənpərvərlik ruhunun aşılanması, onlara 20 Yanvar həqiqətlərinin daha dərindən çatdırılması məqsədi ilə cıxış edən rayon Gənclər və İdman İdərəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimov Azərbaycan gənci bu tarixi milli məfkurəmizin oyanış günü kimi daima xatırlamalı, bu faciədə şəhid olan oğul və qızlarımızı qürur və iftixarla anmalarını xüsusi olaraq qeyd etdi. Sonda rayon 4 saylı ümumi orta məktəbin şagirdlərinin ifalarında 20 Yanvar şəhidlərinin şərəfinə hərbi vətənpərvərlik mövzusunda şerlər səsləndirildi, ədəbi-bədii kompazisiya nümayiş olundu.

Zerdab.com
Zərdab Zərdab Zərdab Zərdab Zərdab Zərdab ZərdabZərdab