Zərdabda 20 Yanvar faciəsi ilə bağlı ümumrayon anım mərasimi keçirildi

0

ZərdabZərdab rayonunda 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib. Əvvəlcə Şəhidlərin Xatirə parkında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş divar qəzetlərinə, rəsm işlərinə və kitab sərgisinə baxış keçirilib, daha sonra abidə önünə güllər qoyulub. Tədbirdə ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilib. Qeyd olunub ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Zərdab rayonu 130-a qədər şəhid verib, 90 nəfərdən çox gənc oğlanlarımız əlil olublar. Rayonumuzda da şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlər görülüb, 35 nəfərə qədər şəhidimizin adı məktəb və küçələrə verilib, şəhər mərkəzində Şəhidlərin Xatirə parkı yaradılıb, bütün təhsil müəssisələrində şəhidlərə xatirə abidəsi ucaldılıb.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər və gəmi vasitəsilə səs siqnalları verilib. Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər qoyublar. Gün ərzində rayon ərazisindəki məscidlərdə ehsan süfrələri açılıb, şəhidlərin ruhuna dualar oxunub.

Zərdab Zərdab

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

10 + eleven =