Qayıqla Zərdab ərazisinə keçib geri qayıtmaq istəyərkən suda boğuldu

0
29

Laçın rayonunun Fingə kənd sakini, 1974-cü il təvəllüdlü Qiyas İdris oğlu Kərimov suda boğulub. Hadisə Kürün Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qiyas Kərimov qayıqla Zərdab ərazisinə keçib geri qayıtmaq istəyərkən qayıq çevrilib və o, suda boğulub. Onun axtarışı istiqamətində Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Briqadası tərəfindən işlər aparılır.