PUL GÖRƏNDƏ HALLANIRIQ

0
35

Pul görəndə hallanırıq,
Yeyib-içib yallanırıq,
Pula sarı tullanırıq,
Bu bazar pul bazarıdır.

Dartılırıq qulaq kimi,
Göz yaşımız bulaq kimi,
Yüklənirik ulaq kimi,
Bu bazar çul bazarıdır.

Qəm-qüssədən çıxır canım,
Bilinmir hələ ünvanım,
Ərin atıb qaçır xanım,
Bu bazar dul bazarıdır.

Gözümüz tox, qarnımız ac,
Dərdimizə yoxdur əlac,
Hökm eləyir Yusif Sərrac,
Bu bazar fal bazarıdır.

İsaməddin, dərdin böyük,
Çiynində çox ağırdır yük,
Çəkməçi də çalır düdük,
Bu, çalhaçal bazarıdır.

İsaməddin Əhmədov