Zərdabdan Prezident Administrasiyasına göndərilən məktublar

0
26

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov respublika vətəndaşlarının öz müraciətlərində qaldırdıqları problemlərin həlli ilə bağlı təhlil-məqalə hazırlayıb. Zerdab.com saytı həmin məqalədən Zərdab rayonuna aid olan hissələri qısa ixtisarla təqdim edir.

“Bir sıra müraciətlərdə yer alan fikir və mülahizələr göstərir ki, xalqımızın Vətən uğrunda mübarizə əzmi yüksək səviyyədədir. Nəvəsi cəbhə bölgəsində əsgəri borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuş Zərdabın Şəftəhal kəndindən Ə. Mirzəyev yazır: “Hesab edirəm ki, əgər Vətən uğrunda, torpaq uğrunda döyüşürüksə, şəhidlər verməyimiz qaçılmazdır… Yaşlı olmağıma baxmayaraq, bu gün də silah götürərək cəbhə bölgəsində vuruşmağa hazıram”.

“İndiki qlobal böhran şəraitində Azərbaycanda özəl sektorun və sahibkarlığın inkişafı daha aktual xarakter daşıyır. Ölkəmizin ümumi iqtisadi inkişafı üçün sahibkarlara əlverişli şəraitin yaradılması istiqamətində 2015-ci ildə bir sıra mühüm addımlar atılmış, vacib qərarlar qəbul edilmişdir. Bu qərarlar vətəndaşlar, xüsusilə də sahibkarlar tərəfindən böyük sevinclə qarşılanmışdır. İsmayıllıdan A.Ağayev, F.İsayev, N.Məhərrəmov, T.Bağırova və başqalarının məktubunda deyildiyi kimi, “Azərbaycanda sahibkarlığın inkişafının yeni dövrü başlamışdır”. Vətəndaşlar mühüm dövlət strukturlarında özlərinə yer etmiş, lakin təkcə sahibkarlara yox, həm də dövlətin siyasətinə arxadan zərbə vurmuş şəxslərin öz layiqli cəzalarını alması üçün ölkə Prezidentinin atdığı sərt addımları müsbət qiymətləndirmişlər.

Naxçıvan Muxtar Respublikasından, Binəqədi, Qaradağ və Yasamaldan, Xəzərin Mərdəkan, Nizaminin Keşlə, Sumqayıtın İnşaatçılar, Lənkəranın İstisu, Şirvanın Bayramlı, Abşeronun Ceyranbatan qəsəbələrindən, Gəncə, Ağcabədi, Ağstafa, Hacıqabul, Qobustan, Neftçala, Sabirabad, Şamaxı və Zaqataladan, Gədəbəyin Çalburun, MasallınınŞatıroba, Zərdabın Gödəkqobu kəndlərindən daxil olan müraciətlərdə buna görə təşəkkür bildirilir”.

“Ötən il müəllimlər üçün də əlamətdar olmuşdur. “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli Sərəncamı ilə əlaqədar daxil olan çoxlu sayda minnətdarlıq məktubları bu cəhətdən maraq doğurur. Naxçıvan Muxtar Respublikasından, Qaradağın Lökbatan,Suraxanının Hövsan qəsəbələrindən, Abşeronun Xırdalan şəhərindən, Səbail, Astara, Daşkəsən, Qubadlı və Zərdabdan, digər şəhər və rayonlardan daxil olan məktubları buna misal göstərmək olar”.

“Ötən 2015-ci il ölkə tarixində həm də növbəti seçkilər ili kimi qaldı. Beşinci çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanın hüquqi dövlət quruculuğu yolu ilə inamla addımladığını bir daha əyani nümayiş etdirdi. Səbail, Ağcabədi, Göygöl, Qəbələ, Qobustan, Qusar, Şuşa və Zərdabdan, Balakənin Qullar, Lənkəranın Mamusta kəndlərindən, digər şəhər və rayonlardan vətəndaşlar bu seçkilərin uğurla keçirilməsi və hakim Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə ölkə Prezidentini təbrik etmişlər. Bu seçkilər Yeni Azərbaycan Partiyasına, onun sədri Prezident İlham Əliyevə xalqın inam və etibarının əyani nümayişinə çevrildi”.

“Əhalinin içməli su, qaz, elektrik enerjisi ilə təchizatı vəziyyəti ölkə Prezidentinin daim diqqət mərkəzindədir. Bu sahələrdə mövcud vəziyyətin daha da yaxşılaşdırılması və vətəndaşları narahat edən çatışmazlıqların aradan qaldırılması üçün 2015-ci ildə mühüm işlər görülmüşdür. Bəzi minnətdarlıq məktublarını həmin işlərin əks-sədası hesab etmək olar. Məsələn, Gəncənin Məhsəti qəsəbəsindən, Lənkəranın Xolmili, Oğuzun Xaçmaz, SalyanınYeni Uluxanlı, Ağcabədinin Rəncbərlər və Hüsülü, Astaranın Tüləgüvan, Cəlilabadın Babalı, Şiləvəngə, Adnalı, Abışabad, Şabanlı, Hacıcavadlı, Şıxlar, Gədəbəyin Nərimankənd,Goranboyun Azad, Hacıqabulun Udulu və Qubalı, Sabirabadın Əhmədabad, TərtərinBorsunlu və Sarıcalı, Zərdabın Çallı və Qoruqbağı, digər şəhər və rayonların kənd və qəsəbələrindən daxil olan məktublarda qaz xəttinin çəkilməsinə və təbii qazın verilməsinə, Səbailin Badamdar qəsəbəsindən, Şəkinin Şəki, Ağcabədinin Köyük, Bərdənin Bəcirəvan,Göygölün Haçaqaya, Kürdəmirin Qoçulu kəndlərindən və başqa yerlərdən daxil olmuş məktublarda kənd və qəsəbələrin içməli su probleminin aradan qaldırılmasına, o cümlədən subartezian quyularının qazılmasına, su anbarlarının tikilməsinə, su xətlərinin çəkilməsinə görə razılıq bildirmişlər”.

“Ölkə Prezidentinin 2015-ci ildə imzaladığı müvafiq fərmanlar daşınmaz əmlakın sənədləşdirilməsi işlərinin sürətləndirilməsinə şərait yaratmışdır. Belə bir addımın atılması əlbəttə ki, vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır. Nizami (Bakı), Səbail və Suraxanıdan, Gəncənin Gülüstan qəsəbəsindən mənzillərin, Şirvan, Göyçay, Hacıqabul və Neftçaladan, Abşeronun Goradil, Göygölün Üçtəpə, Sabirabadın Xankeçən kəndlərindən fərdi yaşayış evlərinin, Mingəçevir və Ağdaşdan, Sabirabadın Suqovuşan, Salyanın Sarvan,Zərdabın Alıcanlı kəndlərindən torpağın, qeyri-yaşayış sahəsinin sənədləşdirilməsinə görə minnətdarlıq etmişlər. Digər şəhər və rayonlardan bir çoxlarının məktubları da bu məsələ ilə əlaqədar olmuşdur”.

“Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir ki, sabitlik olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. Ölkə vətəndaşları da mövcud sabitliyə görə dövlət başçısına həmişə minnətdardırlar. Nardaran hadisələri zamanı onlar bu mövqeni bir daha nümayiş etdirdilər. Məktublarda belə bir qarşıdurmanın baş verməsi, polis əməkdaşlarına silahlı müqavimət göstərilməsi birmənalı şəkildə pislənilir, onu törədənlərin əməlləri dövlətə və xalqa xəyanət kimi qiymətləndirilir və həmin şəxslərin ciddi şəkildə cəzalandırılması istənilir. Din pərdəsi altında kütləvi iğtişaşlar törətməyə, ictimai-siyasi sabitliyi pozmağa çalışanlara qarşı dövlət tərəfindən həyata keçirilən qətiyyətli addımlar vətəndaşlar tərəfindən yekdilliklə alqışlanır. Sabunçudan Z.Əliyev yazır: “Nardaran qəsəbəsində bir qrup şəxsin hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərməsini qəti şəkildə pisləyirik. Rayonumuzda din pərdəsi altında gizlənən cinayətkarların tamamilə zərərsizləşdirilmələrini istəyirik. Bu, bizim dövlətimizə və müstəqilliyimizə vurulan zərbədir”.Gəncə, Sumqayıt, Şəki, Bərdə, Laçın, Saatlı, Ucar, Zərdab, digər şəhər və rayonlardan daxil olan məktublar da bu qəbildəndir”.

(ardı var)