Həmyerlimiz, Onkologiya Mərkəzinin şöbə müdiri, Əməkdar elm xadimi İsa İsayev

0
isa isayev
İsa İsayev

İsayev İsa Hüseyn oğlu 15 aprel 1950-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. Azərbaycan Milli Onkologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının müxbir, Amerika, Avropa və Rusiya terapevt-onkoloq-radioloq cəmiyyətlərinin həqiqi üzvüdür.

1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini, ardınca SSRİ Tibb Akademiyasının Tibbi Radiologiya İnstitutunda (Obninsk şəhəri) 2 illik “Tibbi rentgenologiya və radiologiya” üzrə klinik ordinaturanı, SSRİ Tibb Akademiyasının Onkoloji Elm Mərkəzində (Moskva şəhəri) doktoranturanı bitimişdir. 1990-cı ildən tibb elmləri doktorudur. 200-dən çox elmi işin, 3 monoqrafiya, o cümlədən ilk dəfə Azərbaycan dilində çap olunub, bir neçə tibbi dərsliklərin müəllifidir.

Azərbaycanın Əməkdar elm xadimidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəridir.