Həmyerlimiz, kimya elmləri namizədi Gülbala Cəfərov

0
50

Cəfərov Gülbala Abbas oğlu 1935-ci ildə Zərdabda anadan olmuşdur. Zərdabda orta məktəbi bitirmişdir. Bir müddət Zərdab məhkəməsində katib, Maliyyə Şöbəsində mühasib işləyib. 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Zərdabın Əlvənd, Məlikli, Çallı kəndlərində müəllim işləyib. 1962-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunda müəllim işləyib. Kimya elmləri namizədi alimlik dərəcəsi alıb, dosent, kimya kafedrasının müdiri, tədris hissə müdiri vəzifələrində çalışıb, fakültə partiya təşkilat katibi, kafedra həmkarlar təşkilatının sədri, institut həmkarlar təşkilatının büro üzvü olub. 57 elmi əsərin, 4 tədris vəsaitinin, 1 monoqrafiyanın müəllifidir. 2006-cı ildə Bakıda vəfat edib.