Zərdabda “Xocalım, qəm ocağım!” adlı ədəbi-bədii kompazisiya keçirildi

0
Zərdab rayonu

Zərdab Rayon Mərkəzi Kitabxanasında (MKS) Azəbaycan tarixinin ən qanlı və faciəvi səhifələrindən biri olan Xocalı soyqrımının 24-cü ildönümü münasibətilə “Xocalım, qəm ocağım!” adlı ədəbi-bədii kompazisiya keçirildi. MKS-nin direktoru Nailə Əliyeva tədbiri giriş sözü ilə açaraq, bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsini, şəhid olmuş günahsız insanların ruhunu yad etdi, Xocalı faciəsinin ağır nəticələrindən danışdı.

Kitabxanada Xocalı soyqırımının ildönümünə xeyli əvvəldən geniş hazırlıq işləri görülmüş, oxucularla söhbətlər aparılmış, Xocalı soyqırımına aid videomateriallar göstərilmişdir.

Kitabxananın əməkdaşları Gülzar Qasımova, Leyla İsgəndərli, Elnarə Salikova öz çıxışlarında misli görünməmiş vəhşiliklə törədilən bu soyqırımın XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşdüyünü, həmçinin bu faciəni dünyaya tanıtmaq istiqamətində görülən işlərdən danışdılar. Xatirə gecəsi ədəbi-bədii kompozisiya ilə davam etdi. 1 saylı orta məktəbin şagirdi Səmərrux Osmanova, 2 saylı orta məktəbin şagirdi Maral Mirzəyeva, 3 saylı orta məktəbin şagirdlərindən Məleykə Zərdabi, Həsən Zərdabi, Nərmin Babazadə Xocalı faciəsinə həsr edilmiş şeirlər söylədilər. Sonda oxu zalında təşkil olunan “Xocalıya Ədalət” başlıqlı  geniş foto-guşə, kitab sərgisi və əl işlərindən ibarət sərgiyə baxıldı.

 

 

 

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + 13 =