Zərdab Rayon Heydər Əliyev Mərkəzində “Multikulturalizm ili” ilə bağlı tədbir keçirildi

0
32

Zərdab rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı “Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada rayon idarə və təşkilatların əməkdaşları, müəllim və şagirdlər və digər şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq ölkə rəhbərinin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği üçün 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini bildirib. Onun sözlərinə görə, multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. “Ümummilli lider Heydər Əliyev multikultural dəyərləri demokratiyanın bir hissəsi hesab edib. Bu siyasət cənab Prezident tərəfindən bu gün də davam etdirilir. Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Multikultural cəmiyyətdə hər bir vətəndaş bərabər hüquqlara sahibdir. Bunun Azərbaycanda, o cümlədən də Zərdab rayonunda əyani şahidi oluruq. Rayonun müxtəlif müəssisələrində, eləcə də Heydər Əliyev Mərkəzində bu yöndə silsilə tədbirlərimiz davam etdiriləcək.” – deyə, Könül Rəhimova vurğulayıb. Mərkəzin elmi işçisi Alagöz Namazova “Multikulturalizmin Azərbaycan nümunəsi” mövzusunda məruzə edərək, cənab Prezidentin bu ili “Multikulturalizm ili” elan etdiyi üçün hər bir vətəndaşın bu yöndə fəaliyyət göstərməli, məsuliyyət daşımalı olduğunu deyib: “Azərbaycan ta qədimdən müxtəlif millətlərin, ayrı-ayrı dini dəyər daşıyıcılarının mehriban şəraitdə yaşadığ məkan olub. Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri buranı öz evləri kimi qəbul edirlər.” Daha sonra Mərkəzin əməkdaşı Xanım İmanova “Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir” mövzusunda məruzə edərək, Azərbaycanın humanist qanunları müxtəlif xalqların, milli azlıqların tolerantlıq şəraitində birgə yaşamını, eyni zamanda onların hər birinin milli, dini ayinlərini yaşadaraq gələcək nəsillərə ötürülməsini təmin etməsindən, multikulturalizm xalqmızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat. tərzi olmasından dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov çıxışında qeyd etmişdir ki, multikulturalizmin beynəlxalq münasibətlər sistemində, dövlətlərarası, millətlərarası, müxtəlif mədəniyyətlərarası münasibətlərdə vacib əhəmiyyətini hər zaman yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş siyasət nəticəsində ölkəmizdə milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti təmin olunmuş, çoxmillətli və çoxkonfessiyalı diyarımız dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilmişdir. Tədbirdə həmçinin mövzu ilə bağlı rayon “Əkinçi” qəzetinin müxbiri Tərlan Abdullayeva çıxış edərək bu cür aktual mövzuda maarifləndirmə tədbirinin təşkilinə görə Heydər Əliyev Mərkəzinin kollektivinə dəyirmi masa iştirakçıları adından təşəkkürünü bildirmişdir.Zərdab Zərdab Zərdab Zərdab Zərdab