Zərdabda əhali tibbi müayinə olunur

0
20

Zərdabda əhalinin kütləvi tibbi müayinəsinə başlanılıb. Zerdab.com xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. İnsanların kütləvi tibbi müayinəsi mərkəzi rayon xəstəxanasında və poliklinika şöbəsində, habelə Məlikli və Körpükənd kənd xəstəxanalarında aparılır. Rayon mərkəzi xəstəxanasında yaradılan xüsusi həkim briqadası tibbi müayinəyə gəlmək imkanı olmayan ahıl insanları yaşadıqları evlərdə müayinədən keçirir.

Fevralın 15-dən bu günədək 5471 nəfər müayinə olunub, 2 nəfər stasionar, 182 nəfər ambulator müalicəyə cəlb edilib. 39 nəfər isə Bakı şəhərinə ixtisaslaşdırılmış klinikalara göndərilib.Zərdab