Zərdablını qətlə yetirən 4 erməni cəzalandırılır

0
32
Keçən il sentyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində öldürülən 39 yaşlı Azərbaycan vətəndaşının qatilləri yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. ANS PRESS-in məlumatına görə, Puşkin rayon məhkəməsinin baxacağı işdə həmyerlimizi oğurlamaq və qətlə yetirməkdə ittiham olunanlar dörd Ermənistan vətəndaşıdır.

33 və 42 yaş arası olan cinayətkarların hamısı saxlanılıb. Sankt-Perterburq polisinin verdiyi xəbərə görə, sentyabr ayının 15-nə keçən gecə azərbaycanlının itkin düşməsi barədə polisə onun həyat yoldaşı xəbər verib.

Aparılan istintaq tədbirləri nəticəsində Arman Arakelyan, Aşot Orbelyan və Qayk Tadevosyan saxlanılıb. Digərinin adı isə hələlik açıqlanmır. İstintaq məlumatına görə, öldürülən ilə ittiham olunanlar arasında “Şaşlıçnıy dvorik” kafesində münaqişə baş verib.

"Şaşlıçnıy dvorik" kafesi

“Şaşlıçnıy dvorik” kafesi

Münaqişə nəticəsində ermənilər birləşərək azərbaycanlını döyüb və daha sonra onu “Volkswagen Touareg” avtomobilinin baqajına qoyaraq Krasnıy Bor qəsəbəsinə aparıblar. Burada boş sahədə Arakelyan həmyerlimizə 15 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Bundan sonra ermənilər cəsədi basdıraraq, onun avtomobilini yandırıb. Arman Arakelyan, Aşot Orbelyan və Qayk Tadevosyana insan oğurluğu və qətlə yetirmək maddələri ilə ittiham elan olunub.

Analoji hadisə ötən il Ukraynada baş verib. Yalta şəhərindəki “Puşkinski” bazarında baş verən hadisədə erməni əsilli şəxs əslən Zərdab rayonundan olan Rahil Əbdülrəhman oğlu Mehdiyevi bıçaqlayıb.

Hadisə nəticəsində azərbaycanlı keçinib. Azərbaycanlı bazarda erməninin öz həmyerlisindən 0,5 kiloqram çiyələk oğurladığını görüb və onu oğurluğa görə məzəmmət etməyə başlayıb. Bu səbəbdən onların arasında mübahisə baş verib.

Mübahisəyə R.Mehdiyev müdaxilə edib. Ərazidən uzaqlaşan erməni az sonra hadisə yerinə bıçaqla silahlanmış üç həmyerlisi ilə dönüb. Onlardan biri dava zamanı bıçağı Rahilin ürəyinə sancıb. Ermənilər hadisə yerindən qaçarkən azərbaycanlının üzərindən qızıl boyunbağını və digər qiymətli əşyaları götürüblər.