45 ilin məzunları Zərdabda görüşdülər – FOTOLAR

1
43
Zərdab şəhər 1 saylı orta məktəbin 1967-ci il buraxılışının məzunları

Dünən Zərdab rayonunda yaddaqalan bir tədbir keçirilib. Belə ki, Zərdab şəhər 1 saylı orta məktəbin 1967-ci il buraxılışının məzunları ilə gorüş təşkil olunub. www.zerdab.com saytına verilən məlumata görə, 45 ilik yubiley iştirakçılarının görüşü 1 saylı orta məktəbdən başlayıb. Daha sonra tədbir iştirakçıları rayonumuzdakı Zərdabi muzeyini, Zərdabinin heykəlini, Şəhidlər Xiyabanını, Sovet İttifaqı qəhrəmanı, həmyerlimiz Məlik Məhərrəmovun abidəsini və s. ziyarət ediblər. Tədbir “KÜR” şadlıq evində keçirilən ziyafət tədbiri ilə yekunlaşıb.

www.zerdab.com

1 comment

Comments are closed.