Ramil Səfərov Zərdablı yazarın kitabını yüksək qiymətləndirdi

0
21

Elnur Eltürk qardaşımın Novruz bayramı münasibətilə hədiyyə etdiyi, gənc yazıçı Əlvənd Mehman tərəfindən yazılmış “Avropalı Agent kod 152” əsərini həvəslə oxudum. Ənənəvi detektiv romanlarından fərqli olaraq, əsərdə ölkəmizin coğrafi və tarixi zənginlikləri, düşmənlərimizin məkrli planları, xalqımızın gözəl adət ənənələri məharətlə təsvir olunub ki, bu da əsəri  daha oxunaqlı edir.

Zerdab.com xəbər verir ki, bu sözləri Ramil Səfərov yazıb. Sevilən hərbçimiz əsəri yüksək qiymətləndirib: “Zənnimcə, hər hansı bir əsəri  sadəcə vaxt keçirmək üçün deyil, maariflənmək və dünyagörüşünü artırmaq üçün mütaliə etmək lazımdır. Bu nöqteyi-nəzərdən əsər uğurlu alınıb. Son illərdə gənc qələm sahiblərinin əsərlərinin artması tendensiyası müşahidə olunur ki, bu da çox sevindirici haldır. Əlvənd Mehmana yaradıcılığında uğurlar arzulayır və yeni əsərlərini səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Əlvənd Mehmanın “Avropalı agent kod 152” romanı yenicə çapdan çıxıb. Əsərdə avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və ifşa olunmasından bəhs olunur.