Azərbaycanlıların Soyqırımı Günü Zərdabda müxtəlif tədbirlərlə qeyd olunub

0
24

Zərdabda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kütləvi tədbirlər keçirilib.

Tədbirlər proqramına müvafiq olaraq martın 30-da rayon gənclərinin və YAP fəallarının bir qrupu Quba kütləvi məzarlığını ziyarət ediblər.

Martın 31-də isə ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Mərasimdə çıxış edənlər tarixən ermənilərin məkrli işğalçılıq siyasəti və bu siyasət nəticəsində xalqımıza qarşı həyata keçirdikləri qətliamlardan danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ermənilərin məkrli niyyətlərinin araşdırılması və üzə çıxarılması, onların törətdikləri soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması sahəsində ciddi tədbirlər görüb. Məhz Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan olunub.

Sonda soyqırımına həsr olunan kompozisiya nümayiş etdirilib.

Gün ərzində rayonun bütün məscidlərində soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunub.ZərdabZərdab