Zərdablı şəhidimizin izdihamlı dəfni – FOTOLAR

0

2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, ailənin yeganə oğul övladı, gizir Abdullayev Nurlan Rasim oğlu ötən gün Tərtər bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid bu gün doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində torpağa tapşırılıb. Dəfn mərasimi izdihamlı keçib. Mərasimdə kənd sakinləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, kənd ağsaqqalı Rəhim Rəhimov, şəhidin əmisi Lələş Abdullayev, rayon ağsaqqallar şurasının sədri Mirağa Bağırov çıxış edərək şəhidin ailəsinə başsağlığı verib, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olan gizir Nurlanın xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağını vurğulayıblar.
Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Neman Yediyarov, şəhidin yaxın qohumu Qurban Cəfərov verdikləri müsahibələrində azadlığın cəsur oğullarmızın qanı bahasına qazanılacağını, bu qanın yerdə qalmayacağını, Azərbaycan Ordusunun əzəli düşmənimiz erməni seperatçılarını məhv edəcəklərini söyləyiblər.
Şəhid Nurlan Abdullayevin tabutu bükülmüş Azərbaycan bayrağı əmisinə təhvil verilib.
Dəfn mərasimində şəhidin xatirəsinə üç dəfə yayılım atəşi açılıb.Zərdab-şəhid Zərdab-şəhid Zərdab-şəhid Zərdab-şəhid3 Zərdab-şəhid Zərdab-şəhid Zərdab-şəhid Zərdab-şəhid Zərdab-şəhid

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × 5 =