Zərdab-Ucar yolunda ağır qəza baş verib

0

Zərdab-Ucar yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün gündüz saatlarında Ucar-Zərdab yolunun 11-ci km-də, Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Oğuz rayon sakini, 1955-cü il təvəllüdlü İbrahimov Cəbrayıl Mikayıl oğlunun idarə etdiyi “Opel” markalı minik maşını ilə Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Taleh Faiq oğlunun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub.

Nəticədə hər iki maşın yararsız hala düşüb, sürücülər və maşınlardakı sərnişinlər xəsarət alıb. Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət və “Mercedes” markalı maşının ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. APA

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + twenty =