Şok: Zərdabdan Bakıya mənşəyi məlum olmayan 500 kiloqram ət gətirilirmiş

0

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin qida zəhərlənmələrindən qorunması istiqamətində apardığı nəzarət tədbirlərini davam etdirir.

Zerdab.com xəbər verir ki, DBNX-nin mətbuat katibi Yolçu Həsənov bildirib ki, aprelin 19-da alınmış məlumat əsasında Xidmətin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə reyd keçirilib. Reyd zamanı Ağcabədi rayonundan Bakıya gələn Şamxal Nəbiyevin idarə etdiyi “Daevo Neksia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik və Zərdab rayonundan paytaxta gələn Nadir Qasımovun idarə etdiyi “Ford Transit” markalı 90-LX-763 dövlət nömrə nişanlı yük avtomobili Qaradağ rayonunda Dövlət Yol Polisi postunda saxlanılıb və baxış keçirilib.

Baxış zamanı minik avtomobilində 500 kiloqram 2 ədəd iri heyvan, 6 ədəd xırda heyvan cəmdəkləri, daxili orqanlar, yük avtomobilində isə 600 kiloqram 4 ədəd iri heyvan cəmdəyi, heyvanın daxili orqanları, 5 ədəd heyvan baş-ayağı miqdarında mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair baytarlıq arayışı və sənədi olmayan ət aşkarlanıb.

Hər iki avtomobildə olan cəmdəklərdən, daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək.foto2 foto3

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fourteen + 14 =