Nazirin Zərdabda keçirəcəyi qəbulun vaxtı dəyişdirildi

0
23

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun aprelin 29-da Zərdab rayonunda keçirilməsi nəzərdə tutulan Zərdab, Ucar və Ağcabədi rayonlarından olan vətəndaşların qəbulunun vaxtı mayın birinci həftəsinə dəyişdirilib.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən bildiriblər ki, qəbulun dəqiq tarixi barədə əlavə məlumat veriləcək.