Məlikli komandası Zərdabın futbol üzrə çempionu oldu

0
17

Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının, Zərdab Rayon Gənclər və İdman İdarəsinin və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol idman növü üzrə Zərdab rayon çempionatına yekun vuruldu. Final oyunundan öncə Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev çıxış edərək iştirak edən komandaları salamladı və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Gərgin mübarizələr və maraqlı anlarla yaddaqalan Məlikli və Məmmədqasımlı kənd komandalarının yarışdığı final oyununda Məlikli komandası 2-0 hesabı ilə üstünlük əldə edərək çempionatın qalibi adını qazandı.
Çempionatın bağlanış mərasimində iştirak və çıxış edən Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri Pərvin Mahmudova, Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin icraçı direktoru Nicat Rəhimov qalibləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.
Qeyd edək ki, birinci yeri tutmuş Məlikli kənd komandasına kubok və diplomlar, ikinci yeri tutmuş Məmmədqasımlı kənd komandasına eyni zamanda çempionatda iştirak etmiş komandalara və idmançılara müxtəlif nominasiyalar üzrə diplomlar təqdim olundu.Zərdab6Zərdab7Zərdab Zərdab1 Zərdab2 Zərdab3 Zərdab4Zərdab5